Ermənistanda çörəyin qiyməti kəllə-çarxa qalxıb

Ermənistanda çörəyin qiyməti kəllə-çarxa qalxıb

12 Avqust 2013 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda hər şey, hətta bu gün ölkədə ən vacib qida məhsulu olan çörək də bahalaşır. ANS-in bu ölkənin milli statistika komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin iyul ayında iyunla müqayisədə çörəkdə bahalaşma müşahidə olunur. Bundan əlavə, qarabaşaq, makaron məhsulları, düyü, manna yarması və uşaq qidalarında da qiymət artımı var. Ermənistan iqtisadçıları qiymət artımını qaz və elektrik enerjisinin tariflərinin artması ilə əlaqələndirirlər. Bəzi ekspertlər isə ərzaq məhsullarında daha kəskin qiymət artımının qış aylarında olacağını proqnozlaşdırırlar. Onlar artımı hazırda bu bədbəxt ölkədə gün-gündən qiyməti artan ət məhsullarını əvəz edən tərəvəzlərin çatışmazlığı ilə əlaqələndirirlər.Qeyd edək ki, Ermənistan rəhbərliyinin vəd etdiyi qaz və elektrik enerjisi xərcini kompensasiya etmək üçün nəzərdə tutulan xüsusi məbləğ də əhaliyə çatmayıb. Görünür, hakimiyyət başında duranlar bunu sadəcə unudublar.

O.M.