Bayram günlərində Bakı-Naxçıvan aviareysi üzrə əlavə uçuşlar yerinə yetiriləcək

Bayram günlərində Bakı-Naxçıvan aviareysi üzrə əlavə uçuşlar yerinə yetiriləcək

7 Avqust 2013 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ramazan bayramı ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan aviareysi üzrə əlavə uçuşlar yerinə yetirəcək. Bu barədə "Apa-Economics"ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.Onun sözlərinə görə, hazırda Bakı-Naxçıvan marşrutu üzrə hər gün 4 uçuş yerinə yetirilir: "Ramazan bayramı ilə əlaqədar bu aviareysdə sıxlığın yaranmaması üçün AZAL avqustun 7-dən 11-dək Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə iki aviareys yerinə yetirəcək".

O.M.