Kənd Təsərrüfatı Nazirliyi Bakıda bazarları bağlayır

Kənd Təsərrüfatı Nazirliyi Bakıda bazarları bağlayır

1 Avqust 2013 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Meyvə-tərəvəzin mövsümündə paytaxtda kənd təsərrüfatı məhsullarının satıldığı indiki bazarların ləğvi, daha dəqiq modernləşməsi məsələsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Əliyev öz planlarını açıqlayıb: "Keçmişdə kolxoz bazarları indi kənd təsərrüfatı məhsulları satışı bazarları adlanır. Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq düşünürük ki, bu bazarlar daha da genişlənsin, müasirləşsin, yəni bütün texniki avadanlıqlarla, xüsusi soyuducu qurğularla təmin olunsun, tez xarab olan kənd təsərrüfatı məhsulları qoruna bilsin ki, alıcılar, istehlakçılar da rahat istifadə edə bilsinlər. Bununla bağlı mən bildirmək istəyirəm ki, ölkə prezidentinin 2006-cı il göstərişinə əsasən alternativ olaraq yarmarkaların xidməti, xüsusilə Bakı şəhərinin 7 rayonunun 8 yerində Suraxanıda yerləşir. Yarmarkalar 6-cı və bazar günləri yaradılır. Bu yarmarkalarda kənd təsərrüfatı məhsullarının qiyməti birbaşa bazardakılardan 20-30% aşagıdır. İndiyədək 150 min ton məhsul bu yarmarkalarda satılmışdır.

Azərbaycan elə bir dövlətdir ki, kənd təsərrüfatı məhsulları əhalinin tələbatından, buğdadan başqa qalanlarının hamısı 1.6 və ya 1.7 dəfə artıq təmin olunur. Ona görə də, biz genişləndirmək istəyirik ki, istehsalçılarda xüsusi maraq yaransın. Xüsusilə də, yerlərdə xüsusi qurum yaransın , tədarük qurumlararı yarnmalıdır, insanlardan məhsul alınmalıdır, hər bir istehsalçı məhsulu bazara gətirib satmaq imkanında deyil, çünki nəqliyyat vasitəsi olmadığından uzun yolu gələ bilmir, bu zaman yerində yaradılan tədarük qurumu yardım edə bilər.

Bir çox aidiyyatı dövlət qurumları, xüsusilə İqtisadi İnkişaf Nazirliyi, Maliyyə və Ədliyyə Nazirliklərində bu məsələlərə baxırlar. Biz sənədlər paketi də hazırlamışıq ki, məhsulların istehsalını artıraq. Ola bilsin ki, bu payız layihə baş tutsun. Yəqin ki, müəyyən bir vaxtdan sonra hökumət bu məsələ ilə bağlı bir qərar qəbul edəcək".

O.M.