İspanlar ətdən toyuğa keçdi

İspanlar ətdən toyuğa keçdi

9 May 2011 17:02
Bəyəndim (0) Bəyənmədim (0)


İspaniya Milli Statistika İnstitutundan (İNE) verilən məlumatlarda bu ilin ilk rübündə ölkədəki iflasa uğrayan sektorların başında tikinti və əmlakın gəldiyi qeyd edilib. İNE iflas edən şirkətlərin 74,9 faizinin 49 nəfərdən az işçi işlətdiyini ifadə edib. İşsizliyin 5 milyon adama çatdığı İspaniyada insanların gündəlik vərdişlərinin də dəyişməyə başladığı qeyd olunub. "Əl Pais" qəzeti ''İspanlar ətdən toyuğa keçdi. İşsizlik və iqtisadiyyatdakı etibarsızlıq ailələrin qida vərdişini dəyişdirir'' başlığı altında verdiyi xəbərdə, ciddi iqtisadi çətinlik yaşayan xalqın daha ucuz olan qida məhsullarına yönəldiyini yazıb. Statistikaya görə, satışlarda dana ətində 3,4 faiz, quzu ətində 10 faiz, donuz ətində 4,8 faiz azalma yaşanarkən, toyuq ətində 1,5 faiz artım müşahidə olunub. Bundan başqa, təzəsindən daha ucuz olan dondurulmuş balıq və ət məhsullarının da satışında artım olub. Mövzu ilə bağlı fikir bildirən İspaniya Ticarət Konfederasiyasının sədri Manuel Qarsia İzquierdo ''Ət satışının daha da zəifləyəcəyini düşünürük'' deyib.


"İşsizlik toyuqların işini lap əngələ salıb"


Tofiq Əliyev


O.M.