Azərbaycan İranla uzunmüddətli qaz sazişləri bağlayacaq
R.A: "Hazırda danışıqlar davam edir."
Astara Qaz Kompressor Stansiyasında işlər başa çatıb və Azərbaycanla İran arasında qaz mübadiləsi davam edir. Bu barədə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan və İran mütəxəssisləri arasında İrana əlavə qaz həcmlərinin verilməsi barədə danışıqlar davam edir: "Bu danışıqlar qurtarandan sonra uzunmüddətli qaz sazişi bağlanmalıdır və bu sazişin üzərində indi işləyirik".
O.M.
Digər xəbərlər