V.Putin: “Bəzi sahibkarlar yaranmış ajiotajdan istifadə ediblər”

V.Putin: “Bəzi sahibkarlar yaranmış ajiotajdan istifadə ediblər”

6 May 2011 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada benzin böhranı yaranıb. Paytaxtda və ölkənin bir çox iri şəhərlərində yanacaq çatışmazlığı və benzinin bahalaşması müşahidə edilir. Aprelin ortalarından Rusiyadakı yanacaqdoldurma məntəqələri müştərilərinə 20 litrdən artıq benzin satmır. Daha sonra qıtlıq Yekatirinburq, Tomsk, Murmansk, Novosibirsk vilayəti, Saxalində, müşahidə edilib.


Yanacaq çatışmazlığı yarananda qiymətlərdə də artım baş verib. Ayrı-ayrı vilayətlərdə benzinin qiyməti 70 sentdən 90 sentə yüksəlib. Problemi həll etmək üçün Rusiya hökuməti ciddi qərarlar qəbul etməyə başlayıb. Mayın əvvəlindən Rusiyadan xaricə benzin ixracına 1 aylıq qadağa qoyulub. Vəziyyət yaxşılığa doğru dəyişməsə, qadağanın müddəti uzadılacaq. Yanacağın bahalaşması səbəbindən neft şirkətləri mart və aprel aylarında yüksək gəlir əldə edib. İndi onlar öz məhsullarını daxili bazarda satacaqlar.


Rusiyada istehsal olunan benzinin 5,7 milyon tonu daxili bazarda 2,1 milyon tonu isə xaricə satılıb. Rusiyada benzin çatışmazlığına müxtəlif amillər səbəb olub: bəzi emal zavodları yaz aylarında təmirə dayandırılıb, yazın gəlişi ilə tarla işlərinin sürətlənməsi yanacağa tələbatı artırıb. Ən əsası isə, dünya bazarında neftin bahalaşmasından istifadə edən emal şirkətləri xaricə benzin ixracını artırıb. Yanacaq çatışmazlığından istifadə edən bəzi sahibkarlar yaranmış ajiotajdan istifadə etməyə çalışıblar. Rusiya ötən il 500 milyon tondan çox neft çıxarıb. May ayında benzinin bir tonunun qiyməti 43,8 % artaraq 284 dollardan 408 dollara qalxıb.


Necə deyərlər, aləmi bəzər, özü lüt gəzər.

Bəhram Mustafabəyli

O.M.