Göyçayda vergi ödəyiciləri ilə görüş keçirilib

Göyçayda vergi ödəyiciləri ilə görüş keçirilib

6 May 2011 11:24
Bəyəndim (0) Bəyənmədim (0)


Vergilər Nazirliyinin Göyçay şəhərindəki 9 saylı ərazi vergilər idarəsində sahibkarlarla görüş keçirilmişdir. Göyçay, Ucar, Zərdab və Kürdəmirdən 100-ə yaxın vergi ödəyicisinin iştirak etdiyi tədbirdə vergilər nazirinin müavini Sahir Məmmədxanov, Milli Məclisin deputatları Çingiz Əsədullayev, Sabir Hacıyev iştirak etmişlər.

Sahir Məmmədxanov çıxışında Vergilər Nazirliyi tərəfindən sahibkarların hüquqlarının genişləndirilməsi, onlar arasında maarifləndirmə işlərinin aparılması, eləcə də vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti və ya hərəkətsizliyi ilə bağlı vergi ödəyicilərinin ərizə və şikayətlərinin operativ və obyektiv araşdırılması məsələsinə xüsusi əhəmiyyət verildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini bildirmişdir.


Nazir müavini demişdir ki, vergilər naziri Fazil Məmmədovun tapşırığı ilə yerlərdə vergi ödəyiciləri ilə ardıcıl olaraq keçirilən belə görüşlər vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı inam və etimadın yüksəlməsinə, regionlarda fəaliyyət göstərən sahibkarların üzləşdikləri problemlərin yerindəcə həll edilməsinə, vergidən yayınma hallarının aradan qaldırılmasına, dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında həyata keçirilməsinə müsbət təsir göstərir.


Görüşdə iştirak edən vergi ödəyicilərini narahat edən problemlər barədə açıq və səmimi söhbət aparılmış, sahibkarlar üçün qaranlıq qalan məsələlərə aydınlıq gətirilmiş, qanunvericiliyə uyğun izahlar verilmişdir.


Görüşdə səslənən fikirlərdən biri də vergilər sahəsində baş verən yeniliklərin vergi ödəyicilərinə vaxtında çatdırılması ilə bağlı olmuşdur. Görüşü üzləşdikləri çətinliklərin həllində və məlumatsız olduqları bir çox məsələlər haqqında informasiya əldə etmələri baxımından çox səmərəli hesab edən sahibkarlar onlar üçün yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə və nazirliyin rəhbərliyinə minnətdarlıq etmişlər.


Vergi verən mərd olar, verməyən namərd olar...

Tofiq Əliyev

O.M.