Ölkədə hava nəqliyyatı ilə sərnişindaşıma 17% bahalaşıb

Ölkədə hava nəqliyyatı ilə sərnişindaşıma 17% bahalaşıb

6 May 2011 11:06
Bəyəndim (0) Bəyənmədim (0)


Bu ilin aprel ayında Azərbaycanda nəqliyyat tarifləri mart ayına nisbətən 2,3% azalıb. Dəmir yolunda yükdaşıma tarifləri digər ölkələrə göndərilmə üzrə 6,6%, digər ölkələrdən gətirilmə üzrə 2,3% artıb, yerli əlaqə üzrə 21,7%, tranzit yüklərin daşınması üzrə 6,1% ucuzlaşıb. Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4% bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat ayında həmçinin dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,1% azalıb.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma tarifləri 2,2%, sərnişindaşıma tarifləri isə MDB və uzaq xaric ölkələrinə müvafiq olaraq 16,7% və 17,1% yüksəlib. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri neftin nəqli üzrə 5,2%, qazın nəqli üzrə isə 0,1% azalıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri isə 3% azalıb.


Havayı sözü hava kəlməsindən yaranıb. Amma belə getsə, hava nəqliyyatının qiyməti sərnişinləri lap havalandıracaq...

Tofiq Əliyev

O.M.