Nəqliyyatçıların orta aylıq əməkhaqqı 20,8 faiz artaraq 423,8 manat olmuşdur

Nəqliyyatçıların orta aylıq əməkhaqqı 20,8 faiz artaraq 423,8 manat olmuşdur

5 May 2011 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 63,4 min muzdlu işçidən 76,6 faizi dövlət müəssisələrində, 23,4 faizi özəl bölmədə çalışmışdır. İşçilərin 55,4 faizi yerüstü və boru kəməri, 14,8 faizi su, 8,3 faizi hava nəqliyyatı, 21,5 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, ötən ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqı 20,8 faiz artaraq 423,8 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 886,5 manat, dəniz nəqliyyatında 535,2 manat, avtomobil nəqliyyatında 432,4 manat, dəmir yolu nəqliyyatında isə 205,8 manat təşkil etmişdir. Əmək haqqı hava nəqliyyatında 33,2 faiz, avtomobil nəqliyyatında 20,6 faiz, dəniz nəqliyyatında isə 2,6 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,5 min nəfər, bir işçinin orta aylıq əməkhaqqı isə 16,9 faiz artaraq 593,6 manat olmuşdur.

Tofiq Əliyev

O.M.