Ermənistan borc içində üzür

Ermənistan borc içində üzür

30 Aprel 2013 09:39
Bəyəndim (0) Bəyənmədim (0)
Düşmənin dövlət borcu 4,2 milyarda çatıb

2013-cü ilə martın 31-ə olan rəqəmlərlə Ermənistanın dövlət borcu 4,205 milyard dollar olub. Bu barədə APA ARKA agentliyinə istinadən məlumat verir.Ermənistan maliyyə nazirinin müavini, baş xəzinədar Atom Cancuqazyanın sözlərinə görə, bu məbləğdə hökumətin borcu 3,660 milyard dollardır. Mərkəzi Bankın borcu isə 546 milyon dollardır.Ermənistanın xarici borcu 3,051 milyard, daxili borcu isə 609 milyon dollardır.2013-cü ilin proqnozlarına gəldikdə, nazir müavininin sözlərinə görə, ilin sonunadək Ermənistanın ümumi borcu 4,394 milyard dollar və ya ÜDM-nın 42,9% həcmində olacaq.İlin sonunda Ermənistanın daxili borcu 667 milyon dollar və ya ÜDM-nin 6,5%-i, xarici borcu isə 3,203 milyard dollar və ya ÜDM-nin 31,3%-i həcmində olacaq.

O.M.