Telman İsmayılov bir qədər kasıblayıb

Telman İsmayılov bir qədər kasıblayıb

18 Aprel 2013 12:05
1 102
Bəyəndim (0) Bəyənmədim (0)
Milyarderlərin yeni siyahısında 5 azərbaycanlı biznesmenin adı var

Forbes jurnalı Rusiyanın ən varlı biznesmenlərinin yeni reytinqini açıqlayıb. "Qafqazinfo"nun Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu siyahıya düşmək üçün biznesmenlərin ümumi büdcələrinin 500 milyon dollardan çox olması lazımdır. 2013-cü ilin lideri ötən il olduğu kimi 17, 6 milyard dollarla "Metalloinvesta"nın sahibi Alişir Usmanov olub. İkinci yerdə "Alfa-qrup"un ən iri səhmdarı Mixail Fridman 16, 5 milyardlıq sərvətlə qərarlaşıb. Növbəti pillələrdə "Novoteka"nın rəhbəri Leonid Mixelson (15,4 milyard) və "Renovı"nın sahibi Viktor Vekselberq (15,1 milyard) durur.

Azərbaycanlı iş adamı, "Lukoyl"un prezidenti Vahid Ələkbərov 14, 8 milyardlıq sərvətlə ilk beşliyə düşə bilib.

İki yüz milyarderin yer aldığı siyahıda digər azərbaycanlı iş adamı "Krokus Siti"nin sahibi Araz Ağalarovun da adı var. O, beş pillə irəliləyərək 1,8 milyard dollarla 56-cı yerdədir.
Digər azərbaycanlı "Nortqaz"ın sahibi Fərhad Əhmədov düz 38 pillə irəliləyərək 1,4 milyardla 70-ci yerdə qərarlaşıb.
"AST" şirkətlər qrupunun prezidenti Telman İsmayılov isə 16 pillə geriləyərək 0,75 milyardla 137-ci yerdədir.

O.M.