ABŞ Almaniyanın ən böyük bankını məhkəməyə verib

ABŞ Almaniyanın ən böyük bankını məhkəməyə verib

5 May 2011 11:25
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ hökuməti Almaniyanın ən böyük bankı olan "Deutsche Bank"dan 1 milyard dollar təzminat tələb edərək, məhkəməyə müraciət edib. Məhkəmənin Alman bankının ipoteka məsələsində ABŞ hökumətini aldatması səbəbi ilə açıldığı bildirilib. ABŞ "Deutsche Bank" tərəfindən verilən ipoteka kreditlərinin Amerikanın dövlət təminatına uyğun olduğu yönündə səhv məlumat yaydığını iddia edir. Digər tərəfdən ABŞ kreditlərin keyfiyyətinin əslində, son dərəcə zəif olduğunu iddia edir.


Pul iki qardaşı da bir-birinə düşmən edə bilər. Hələ sələmlə verilən bank faizlərini demirəm...

Tofiq Əliyev

O.M.