Zəvvarlar bu cür otellərdə qonaqlayacaqlar

Zəvvarlar bu cür otellərdə qonaqlayacaqlar

10 Aprel 2013 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları otellərdə qiymətlərə görə qalma şərtləri artıq açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlar hotellərdə 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4 nəfərlik otaqda yerləşəcəklər. Hər iki halda otel tərəfindən zəvvarlara gündə iki dəfə yemək veriləcək. Nisbətən bahalı şərtlərdən istifadə edən zəvvarlar üçün verilən yeməklərin çeşidi bir qədər artıq olacaq. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar üçün kvota isə 1400 nəfərdir. Bu günə olan məlumata görə, kvotanın dolmasına 200 nəfər qalıb. Xatırladaq ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur.

O.M.