Ölkəyə bir sıra şirkətə parfümeriya idxalı qadağan edilib

Ölkəyə bir sıra şirkətə parfümeriya idxalı qadağan edilib

10 Aprel 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbayan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ölkəyə idxal olunan və satılan parfümeriya və kosmetik vasitələrin (ənlik, kirşan, göz kölgəsi və s.) keyfiyyətinə nəzarət tədbirlərini gücləndirib.
Komitədən verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində Xidmət tərəfindən adıçəkilən məhsulların idxalı və satışı ilə məşğul olan 7 təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Nəzarət tədbirləri zamanı kompakt şəkilli dekorativ kosmetik vasitələr, dırnaq boyaları, dəri üçün kremlər, ətirlərin keyfiyyətinin Azərbaycanda qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırmalar nəticəsində 6 təsərrüfat subyektində nöqsanlar aşkar olunub, həmin müəssisələrə parfümeriya və kosmetik vasitələrin idxalı qadağan edilib. Bu cür faktları nəzərə alaraq istehlakçılardan parfümeriya və kosmetik vasitələr alarkən diqqətli olmağı, aldıqları məhsulun uyğunluq sertifikatını satıcıdan tələb etməyi, keyfiyyətsiz malların satışı ilə rastlaşdıqda isə Komitənin 963 nömrəli "qaynar xətt"inə zəng etməklə məlumat vermələri xahiş olunur.

O.M.