Benzin alarkən diqqətli olun: "Ölkədə A-93 markalı benzin yoxdur”

Benzin alarkən diqqətli olun: "Ölkədə A-93 markalı benzin yoxdur”

9 Aprel 2013 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobil sahibləri A-92 markalı benzini A-95 markalı benzindən rənginə görə fərqləndirə biləcəklər. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, istehlakçıların aldadılmasının və onlara A-95 markalı benzin əvəzinə A-92 markalı benzinin satılmasının qarşısını almaq üçün ARDNŞ sonuncu markalı benzinin rəngini dəyişib. A-95 markalı benzin rəngsiz qaldığı halda, A-92 markalı benzin qırmızı rəngə boyanıb. Qırmızı rəngli A-92 markalı benzin ölkədə cari ilin başlanğıcından satılır.
Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ A-92 markalı benzin istehsal edir. Ölkədə A-93 markalı benzin yoxdur. 93-ün mənası benzin markası anlamına gəlmir, istehsal edilən benzinin oktan sayının göstəricisid

O.M.