Ermənilərin 40%-i ölkəni tərk etməyə hazırdılar

Ermənilərin 40%-i ölkəni tərk etməyə hazırdılar

4 Aprel 2013 15:07
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanlılar isə...

Ermənistan vətəndaşlarını 40%-i başqa ölkəyə köçməyə hazırdır. Bu göstərici "Gallup" tədqiqat təşkilatın MDB məkanında 2010-2012-ci illər arasında 15 yaşdan yuxarı respondentlər arasında keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. İkinci yerdə Moldova (32%), üçüncü yerdə isə Ukrayna (21%) qərarlaşıb. Azərbaycan bu siyahıda Gürcüstanla 7-8-ci yerləri bölüşdürür (14%). Öz ölkəsini tərk etməyi ən az istəyən isə özbəklərdir (5%). Respondentlərin 52%-i başqa ölkəyə köçməyin əsas səbəbi kimi öz həyat səviyyəsini qaldırmaq istəyini göstərib, 13%-i uşaqların qayğısız gələcəyi naminə, 10%-i isə daha yaxşı və gəlirli iş tapmaq üçün başqa ölkəyə köçmək istəyir.
Azərbaycanlı respondentlərin 8%-i uşaqlarının gələcəyi naminə köçməyə başqa ölkəyə hazır olduğunu bildirib (10-cu yer). Ermənistan 13% göstərici ilə 5-ci yeri tutur. Bu istiqamətdə 1-ci yeri isə türkmənlər tutur (29%).

O.M.