Azərbaycanın 39 milyon manatlıq ordusu var

Azərbaycanın 39 milyon manatlıq ordusu var

1 Aprel 2013 12:54
614
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 1-nə fondun manat hesabına toplanmış vəsait 9 017 597 manat olub. Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına toplanmış vəsait 39 017 597 AZN manata (497 292 849 dollar) çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 1-nə fondun manat hesabına toplanmış vəsait 9 017 597 manat, ABŞ dolları ilə olan hesabındakı vəsait 205 791 dollar, avro hesabındakı vəsait isə 593 avro olub. Rus rublu ilə açılmış hesaba isə vəsait daxil olmayıb. Artım yalnız fondun Azərbaycan manatı ilə açılmış hesabına yığılan vəsaitdə olub.
Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

O.M.