İstirahətə hara yollanacaqsınız?

İstirahətə hara yollanacaqsınız?

4 May 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)
Antalya, yoxsa Misir?


Misir başda olmaqla Şimali Afrikada meydana gələn hadisələr Türkiyənin turizm sektorunun "pul kisəsinə" xeyli müsbət təsir göstərmiş oldu. Belə ki, Afrikanın gəzməli-görməli bölgələrindən heç ayaqlarını çəkməyən turistlərdən indi əsər-əlamət belə yoxdur. Bəs yay fəslində onlar üçün alternativ istirahət bölgəsi haradır? Təbii ki, Antalya, Bodrum, Çeşmə - Türkiyə! Qonşu ölkənin son hesabatında göstərilib ki, əgər 2010-un aprel ayında ölkəyə ayaq basan turistlərin sayı 1 milyon nəfər idisə, son bir ildə bu rəqəm pik nöqtəsinə çatıb - 1 milyon 406 min nəfər! Ancaq onu da xatırladaq ki, Misir də boş oturmur. Turistlərin ölkədən ayaqlarını çəkməyini qıraqdan izləmək istəməyən Misir səlahiyyətliləri hərəkətə keçib.


Qiymətlərdə 30-40 faiz endirim edən misirlilərə "bazar olsun" (qarmaqarışıqlıq yox) diləyi ilə...

Günel Həbib

O.M.