Milyard dollarlar bir gecədə yox oldu

Milyard dollarlar bir gecədə yox oldu

4 May 2011 12:30
Bəyəndim (0) Bəyənmədim (0)
Zəlzələ kimi iflaslar

Maliyyə-iqtisadi böhranla ABŞ başda olmaqla dünyada bir çox şirkət iflas etmək məcburiyyətində qaldı. Bankların dalbadal batışı ilə daha da dərinləşən böhranda dövlətlərin iqtisadiyyatları belə təhdid altına girdi. Hətta onların iflası danışılmağa başlandı. Kimisi pis rəhbərlikdən, kimisi maliyyənin dar boğazından qurtula bilmədiyi üçün çökən nəhəng şirkətlər bir zamanlar dövlətlərdən belə daha etibarlı idilər. Məhz o iflas hadisələri!

1. Lehman Brothers: Iflas tarixi: 09/15/2008 aktivlər: 691.000.000.000 dollar

"Lehman Brothers Holdings Inc"nin çöküşü ilə iqtisadi böhran başladı və bütün dünyanı sarsıtdı. "Lehman Brothers" Wall Streetdəki dördüncü ən böyük investor idi. Bank ingilis bankı "Barclays"a satılıb.

2. Vaşinqton Mutual: Iflas tarixi: 09/26/2008 aktivlər: 327.900.000.000 dollar

Batıq qorxusu yaşayan müştərilərin 10 ay ərzində bankdan tam 16 milyard dollar götürməsi ilə çöküş baş verdi. Hökumət də bankın aktivlərinə əl qoydu. Bank "JPMorgan" 1.9 milyard dollara satılıb.

3. WorldCom: Iflas tarixi: 07/21/2002 aktivlər: 103.900.000.000 dollar

ABŞ-dakı ən böyük ikinci telekom şirkəti olan "WorldCom"da yaşanan 11 milyard dollarlıq hesab skandalı səbəbiylə rəhbərliyi hərəkətə keçirtdi. 2003-cü ildə şirkət 0-dan başlamaq istədi, amma... 2005-ci ildə də "Verizon"a 6 milyard dollara satılıb.

4. General Motors: Iflas tarixi: 06/01/2009 aktivlər: 91.000.000.000 dollar

ABŞ-ın ən böyük avtomobil şirkəti olan "General Motors" da maliyyə böhranına dözə bilməyib, iflas edən təşkilatlar arasına qatıldı. "Marka", "Chevy", "Cadillac", "Buick" və "GMC" yoluna davam edərkən, digər zəif markalar satıldı, ya da qrupdan ayrıldı.

5. CIT: Iflas tarixi: 11/ 01/2009 aktivlər: 71.000.000.000 dollar

Ən etibarlı şirkətlərdən biri olan "CIT" eyni müvəffəqiyyətini davam etdirə bilmədi. Digər bütün maliyyə qurumları kimi borc bataqlığına düşərək, iflas etdi. "CIT" bank olmaq üçün təsdiq aldı və "CIT Bank" oldu.

6. Enron: Iflas tarixi: 12/02/2001 aktivlər: 65.500.000.000 dollar

ABŞ-ın Hyuston (Texas) mərkəzli şirkəti "Enron"; 1985-ci ildə iki təbii qaz şirkətinin birləşməsi ilə ortaya çıxdı. Qısa müddət sonra Amerika enerji bazarlarını darmadağın edərək, irəliyə inamla addımlamağa başladı. Şirkətin məhv olmasının əsl səbəbi qanuni və qeyri-qanuni hesabatlar oldu. 2001-ci ilin sonlarında onun səhminin qiyməti 0.20 dollara endi. Bununla da səhmdarlar yerlə bir oldular.

7. Conseco: Iflas tarixi: 12/17/2002 aktivlər: 61.000.000.000 dollar

ABŞ-lı sığorta və kredit şirkəti "Conseco" həddindən artıq artan borcları səbəbi ilə iflas etdi. "Conseco"nun 1998-ci ildə kredit quruluşu "Green Tree Financial"la edilən 6.44 milyard dollarlıq birləşmə müqaviləsindən sonra problemlər yaşamağa başladı.

8. Chrysler: LLC İflas tarixi: 04/30/2009 aktivlər: 39.000.000.000 mce_markernbsp;

ABŞ prezidenti Barak Obama, Amerika avtomobil şirkəti "Chrysler"in iflasını təsdiqlədi. "Chrysler"in aktivlərinin böyük hissəsini italyan "Fiat" alıb.

9. Thornburg Mortgage: Iflas tarixi: 05/01/2009 aktivlər: 36.500.000.000 dollar

1993-cü ildə qurulan amerikalı quruluş "Thornburg Mortgage" maliyyə böhranından xilas ola bilməyərək, iflasdan qorunmaq üçün müraciət etdi. Şirkət iflas müddətində bəzi aktivlərini satmaq qərarı aldı.

10. Pacific Gas and Electric: Iflas tarixi: 04/06/2001 aktivlər: 36.100.000.000 dollar

San-Fransiskoda 1905-ci ildə qurulan şirkət enerji sektorunda sıx sərmayələrə malik idi. Elektrik sektorundan sonra şirkətin təbii qaz stansiyaları əldən çıxarıldı. Dalğalanan qiymətlərlə çətin vəziyyətə düşən şirkət iflasa sürükləndi. 2004-ci ildə iflasdan çıxan "PG & E" yenidən gəlirli şirkətlər arasına girdi.

Bu və bu kimi yüzlərlə böyük şirkətlərin süqutundan bəhs edə bilərik. Lakin buna nə zamanımız, nə hövsələmiz, nə də vaxtımız çatar. Axı biz sizə ən yeni xəbərləri çatdırmalıyıq. Əks təqdirdə, bizim də süqutumuzu qıraqdan izləyə bilərsiniz...

Günel Həbib

O.M.