Kasıb Ermənistanda növbəti bahalaşma

Kasıb Ermənistanda növbəti bahalaşma

4 Aprel 2011 19:05
Bəyəndim (0) Bəyənmədim (0)
Təkcə bu ilin I rübündə Ermənistanda qiymətlər 20%-dən artıq yüksəlib

2011-ci ilin mart ayında Ermənistanda qiymətlər daha 08% artıb. Bu ölkənin Milli Statistika Komitəsinə istinad edən Regnum xəbər agentliyi bildirir ki, təkcə bu ilin birinci rübündə inflyasiya 5,2% olmuşdur. Ötən ilin mart ayı ilə müqayisədə artım 11,2% təşkil edir. 13 növ ərzaq məhsulu xüsusilə bahalaşmışdır ki, onlardan kartof, soğan, şəkər, qəhvə, un məmulatları, süd və sair vacib ərzaqların adını çəkmək olar. Bahalaşan ərzaqların fonunda bir neçə məhsul gözəgörünməz dərəcədə ucuzlaşmışdır. Məsələn, yumurta 0,4%, ət məhsulları 0,1%, bəzi meyvələr 2,2%.

Erməni eksperti Arutyun Mesrobyanın fikrincə isə, rəsmi məlumatlar real vəziyyəti əks etdirmir. Belə ki, Dünya bankının məlumatına görə, Ermənistan əhalisinin 34 faizi kasıbçılıq həddindən də aşağı vəziyyətdə yaşayır. Ekspertin fikrincə, bu qrupdan olan vətəndaşlar ancaq həyati əhəmiyyəti olan ən vacib məhsulları alırlar. "Yalnız bu cür məhsulları araşdırsaq, görərik ki, inflyasiya 18% təşkil edir", - deyə Mesrobyan sözlərinə əlavə etdi: "40 ən istifadəolunan mallar üzrə bahalaşma birinci rübdə 20% -dən çox olub".

Xatırladaq ki, 2011-ci ildə Ermənistan büdcəsi inflyasiyanı 4 +/-1,5% həddində nəzərdə tutmuşdu. Rəsmi statistik məlumatlara görə, ötən il bu ölkədə istehlak mallarının qiyməti 9,4% bahalaşmışdı.

Bildiyiniz kimi, təkcə bir gündə, yəni bu gün Azərbaycanda ət məhsulları 1 manat, yəni 12,5 - 14,29 faiz ucuzlaşmışdır. Bundan əvvəl yumurta və digər ərzaq növlərinin qiyməti də hissolunacaq dərəcədə düşmüşdü. Fikrimizcə, əlavə şərhə ehriyac yoxdur.

Atalar demişkən, toxun acdan nə xəbəri?! Biz də bu məlumatı verdik ki, erməni cəmiyyətindən xəbəriniz olsun.

Natiq Qocaman