 
    
    Təqaüdçülərə Novruz sürprizi
Qarşıdakı Novruz bayramınadək Azərbaycanın bütün pensiyaçıları mart ayının təqaüdlərini alacaqlar. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimov bildirib. Onun sözlərinə görə, hazırda DSMF-nin 40-50 mln. manat məbləğində sərbəst vəsaiti mövcuddur: "Bununla yanaşı, martın ilk iki həftəsində Fonda daxil olacaq vəsaitlər, həmçinin dövlət büdcəsindən Fond üçün nəzərdə tutulan transfertlər martın 19-dək ölkənin bütün pensiyaçılarına mart ayının təqaüdlərini verməyə imkan yaradacaq".
O.M.
                Digər xəbərlər
            
                             
                             
                             
                            











 
     
    










































































