Bu il turizmdən 1 milyard dollar gəlir əldə edəcəyik

Bu il turizmdən 1 milyard dollar gəlir əldə edəcəyik

3 May 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın turizm sahəsində ötən ilki artım tendensiyası bu il də davam edəcək və turistlərin axınından təxminən 900 milyon - 1 milyard ABŞ dolları həcmində gəlir əldə olunacağı gözlənilir. Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovun verdiyi məlumata görə, 2010-cu ildə Azərbaycana gələn turistlərin sayı 1,5 milyon nəfər olub, turizm sahəsinin artım tempi isə 7-8% təşkil edib: "Bu il ərzində də analoji tendensiyanın müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Ümumdünya Turizm Təşkilatının hesablamalarına görə, Azərbaycana gələn hər turist orta hesabla 600-700 dollar xərcləyir və bunu 1,5 milyona vurduqda turist axınından nə qədər gəlir əldə olunacağını hesablamaq olar". F. Qurbanov onu da bildirib ki, turistlərin ayrı-ayrı ölkələrdə xərclədiyi vəsaitin həcmi ölkədən asılı olaraq fərqlənir: "Məsələn, ABŞ-a gələn hər turist orta hesabla 1 050 dollar xərcləyir". Nazirlik rəsmisi həmçinin qeyd edib ki, hazırda dünyada turistlərin sayı 1 milyard, turizm sahəsindən əldə olunan gəlirlərin həcmi isə 1 trilyon-a yaxınlaşmaq üzrədir: "Proqnozlara əsasən, yaxın 10 il ərzində dünyada turistlərin sayı 1,6 milyard nəfərə çatacaq".


Belə çıxır ki, insanların çoxu gəzəyəndir...

Tofiq Əliyev

O.M.