Azərbaycanda təqaüd yaşı artırılacaqmı?

Azərbaycanda təqaüd yaşı artırılacaqmı?

23 Fevral 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda təqaüd yaşı 63-dür. Rəsmi məlumatlara görə, orta ömür isə 70-72 yaş arasıdır. Bu səbəbdən, hazırda ölkədə əsas məqsəd orta ömür müddətini uzatmaqdır. Bir çox ölkələrdə təqaüd yaşının artırılması millətin yaşlanması ilə əlaqədardır. Azərbaycanda isə demoqrafik problemlər yoxdur və əhali kifayət qədər gəncdir. Bu səbəbdən də Azərbaycanda təqaüd yaşının artırılmasına ehtiyac duyulmur. 5-10 ildən sonra vəziyyətin necə olacağını demək çətindir.Bu barədə iqtisadiyyat üzrə ekspert Oktay Haqverdiyev bildirib. Onun sözlərinə görə, iki il öncə ölkəmizdə təqaüd yaşının artırılması məsələsi müzakirə olunurdu. Təklif edilirdi ki, 2013-cü ildən etibarən pensiya yaşı 65-ə çatdırılsın. Lakin ideya dəstəklənmədi. "Bu gün Azərbaycanın təqaüd fondu dövlətin dəstəyi olmadan çalışa bilməz. Çünki hər il dövlət büdcəsindən fonda 1 milyon manata yaxın vəsait köçürülür. Ölkəmizdə 1,3 milyon nəfər təqaüdçü var. Sosial yığım isə müxtəlif səbəblərdən tələbləri ödəmir", - o vurğulayıb.

O.M.