AB ölkələri Rusiyanın çirkli pullarının izinə düşdülər

AB ölkələri Rusiyanın çirkli pullarının izinə düşdülər

22 Fevral 2013 23:01
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya iqtidarı ilə əlaqəli olduğu bilinən mafiyanın milyonlarla çirkli pulu Avropa bankları hesabına leqallaşdırılırdı

Kipr, Estoniya, Latviya, Litva, Avstriya və Finlandiyanın maliyyə cinayətinin araşdırması ilə məşğul olan qurumları Rusiyanın çirkli pullarının Avropa bankları vasitəsilə leqal dövriyyəyə qaytarılması məsələsinin araşdırılmasına başlayacaqlar. EU Observer saytının yaydığı məlumata görə, söhbət Qərb ölkələrində "Klyuyev cinayətkar qrupu" adı ilə tanınan dəstənin bu ölkələrin banklarına köçürdüyü maliyyə vəsaitindən gedir. Belə ki, dəstənin başçısı kimi tanınan Dmitri Klyuyev Rusiya rəhbərliyində çalışan yüksək vəzifəli məmurlarla cinayət əlaqəsində olmaqda, həmçinin Sergey Maqnitskinin tutulmasında və ölümündə şübhəli bilinir. Bu məsələ ilə bağlı avropalı həmkarlar 2013-cü ilin yay aylarına qədər görüşmək qərarına gəliblər.

Xatırladaq ki, bir müddət əvvələ qədər adıçəkilən ölkələrin prokurorları Rusiyanın qanunsuz dövriyyədə olan pullarının Avropa bankları vasitəsilə qanuniləşdirildiyi məsələsini təkzib edirdilər.

O.M.