Facebook-dan sonra Apple də haker hücumuna məruz qaldı

Facebook-dan sonra Apple də haker hücumuna məruz qaldı

20 Fevral 2013 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

Haker hücumlarının yeni ünvanı bəlli olub. "The Wall Street Journal"-a istinadən İnterfax.ru-nun yaydığı məlumata görə, Apple Inc. şirkəti bir neçə əməkdaşının Mac kompüterinə haker hücumunun olduğu barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, həmin əməkdaşlar proqram təminatının yenilənməsi saytlarına daxil olarkən zərərli kod avtomatik olaraq onların kompüterlərinə köçürülüb. Şirkət rəsmiləri bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəkləri ilə yanaşı, həm də proqram təminatını yeniləyəcəklərini bəyan ediblər.

Xatırladaq ki, bu, Apple şirkətinin kiber hücuma məruz qaldığı barədə ilk rəsmi etirafıdır. Bundan əvvəl şirkət proqram təminatı sistemində boşluqların olduğunu bildirərək, yeni proqram təminatlarını təqdim edirdi.

O.M.