Akulalar 1.9 milyon dollar gəlir gətirir

Akulalar 1.9 milyon dollar gəlir gətirir

3 May 2011 13:33
Bəyəndim (0) Bəyənmədim (0)


Avstraliya Dəniz Elmi İnstitutu tərəfindən aparılan araşdırmaya görə, bölgədəki köpək balıqlarının turizmə xeyli müsbət təsiri var. Onların son hesabatında 1.9 milyon dollar kimi yüksək rəqəmi görmək mümkün olub.


Araşdırma nəticəsində məlum olub ki, bu tip turizmçilik ölkənin 219 milyon dollarlıq hasilatının 39 %-ni təşkil edir. Turistlərin 21 %-i köpək balıqları ilə üzmək həvəsində olanlardır. Əti üçün ovlanan balıqların 100 dənəsinin cəmi gəliri isə 10800 dollardır. Bu iki vəziyyət müqayisə olunmayacaq şəkildə gülüncdür.


Köpək balıqlarını qoruma dərnəyi "Pew Environment Group"un sədri Mat Rənd, "Köpək balıqlarını öldürüb satmaqdansa, onları qorumaq lazımdır. Ən azından ona görə ki, onlar suda ikən daha çox pul qazandırır. Onlar təbiətin bir hissəsidir. Qorunmağa dəyər heyvanlardır. Yavaş böyüyür və çox az doğurlar", - deyə danışıb. İşi aparan elm adamı Mark Kiqan isə, "Araşdırmanı bu heyvanların iqtisadiyyata qazandırdıqları pulları hesablamaq üçün reallaşdırdıq. Qoy onları qeyri-qanuni şəkildə ovlayanlar görsünlər ki, köpək balıqları ölkəyə nə qədər gəlir gətirir", - deyib.


Yenə də əsas məsələ "köpəkoğlu" puldur. Köpək balıqlarının qorunması isə bir bəhanədir...

Günel Həbib

O.M.