Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Life” marketlər şəbəkəsinin stimullaşdırıcı lotereyasını qeyri-qanuni hesab etdi

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Life” marketlər şəbəkəsinin stimullaşdırıcı lotereyasını qeyri-qanuni hesab etdi

7 Fevral 2013 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "BELLFOOD" MMC tərəfindən "Life Market" ticarət şəbəkələrində keçirilən lotereyanın dayandırılması barəsində göstəriş vermişdir. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununa və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində "BELLFOOD" MMC tərəfindən "Life Market" ticarət şəbəkələrində "Life Marketdən Bolluca Hədiyyələr" adlı stimullaşdırıcı lotereyanın qanunsuz təşkili aşkar edilmiş və keçirilən lotereyanın dayandırılması barəsində göstəriş verilmişdir.

QKDK "Life Market" Ticarət şəbəkələrində keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

O.M.