Ölüm xəbəri nefti və  qızılı "vurdu"

Ölüm xəbəri nefti və qızılı "vurdu"

2 May 2011 13:00
1 301
Bəyəndim (0) Bəyənmədim (0)

Usama Ben Ladenin ölüm xəbəri benzin, gümüş və qızıldan da yan keçmədi.

Son günlərdə xeyli geriləyən dolların qiyməti birdən-birə 72.813-dən 73.227-yə qədər yüksəldi. Xam neftin barel qiyməti geriləyərək, 112 dollara düşdü. Halbuki, cümə günü 114.18 dollarla 31 ilin rekordunu qırmışdı. Gümüşün qiyməti təxminən 10 faiz azalaraq, 42 dollar təşkil etdi. Qızılın dəyəri isə bircə gündə 1.575 rekord qiymətindən 1.550-yə qədər endi.

Deyəsən ölümü ilə qızılın qiymətini də öldürəcək.

Günel Həbib

O.M.