ABŞ-da böhran olmayacaq

ABŞ-da böhran olmayacaq

2 May 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)



Uorren Baffet ABŞ-ın bank sektorunda növbəti dəfə böhran olmayacağı barədə açıqlama verib. ABŞ-ın ən zəngin insanlarından, eləcə də dünyanın ən tanınmış sərmayəçilərindən biri olan Uorren Buffetin açıqlamasına əsasən, sözügedən ölkədə növbəti dəfə bank sektorunda böhran yaşanmayacaq, lakin Avropa qitəsində onun rüşeymləri mövcudluğunu davam etdirəcək. Amerikalı milyarder onu da vurğulayıb ki, əgər hökumət banklara yığılıb qalmış borcların ödənilməsində yardımçı olmasa, bu zaman böhran qaçınılmaz olacaq və bunun ağır nəticələrini aradan qaldırmaq böyük maddi vəsait tələb edəcək. Qeyd edək ki, o, Avropanın mümkün böhrandan qurtulması üçün qitə ölkələrinin ümumdövlət büdcəsi yaratmalarını tövsiyə edib.


Amma nədənsə dollar ucuzlaşır, avro isə bahalaşır...


Elvin Babayev


O.M.