Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub

Azərbaycan iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub

29 Aprel 2011 13:39
1 069
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Azərbaycanın qeyri-neft sektoruna qoyulan sərmayələrin həcminə görə birinci yeri tutur. Bu xəbəri İqtisadi İnkişaf Nazirliyi verib. Məlumata görə, bu gün mindən artıq türk şirkəti Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərir.

2002-ci ildən Azərbaycan iqtisadiyyatına qoyulan türk investisiyalarının həcmi iki milyard dollara yaxındır.

2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb, halbuki 2005-ci ildə bu göstərici 800 milyon dollar səviyyəsində olub. Ümumilikdə, azərbaycanlı sahibkarların Türkiyədə sərmayələri 3 milyard dollar təşkil edir və azərbaycanlı iş adamlarının Türkiyədəki fəaliyyətlərinin əsas sahələri neft-kimya kompleksi və turizmdir.

Azərbaycan iqtisadiyyatına türk sərmayələrinin ümumi həcmi altı milyard dollar təşkil edir.

İndiyədək türk şirkətləri Azərbaycanda 237 layihə üzrə müqavilələr imzalayıblar.


Bir millət, iki dövlət prinsipi iqtisadi layihələrdə də öz təsdiqini tapır.


Hafiz Əhmədov


O.M.