"Facebook"dan hissə almaq istəyən var?

"Facebook"dan hissə almaq istəyən var?

29 Aprel 2011 11:47
Bəyəndim (0) Bəyənmədim (0)
Hissələrin bir qismi satışa çıxdı

Dünən məlumat verdiyimiz kimi, istifadəçi sayı 600 milyonu keçən ictimai şəbəkə "Facebook"'a sərmayə qoyan investorlar gün keçdikcə şişən şarın partlamasından narahat olaraq, səhmlərini satmaq istəyirlər.

İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, "Facebook"'a sərmayə qoyan yatırımçılardan bir qrupu 1 milyard dollar dəyərindəki səhmlərini satışa çıxardı. İkinci əl bazarında səhmlərini satmaq istəyən səhmdarların bu satışı "Facebook"un dəyərini 70 milyard dolların üzərinə çıxaracaq. Bu saytın tarixində ən böyük hissə transferi olacaq.


Təki "Facebook" istifadəçiləri satılmasın...


Günel Həbib


O.M.