Nəhəngləri geridə qoyan bu şirkət hansıdır?

Nəhəngləri geridə qoyan bu şirkət hansıdır?

29 Aprel 2011 08:45
Bəyəndim (0) Bəyənmədim (0)


"Microsoft"un 2, "Apple"ın 3 qatı gəliri var. ABŞ-da olsaydı, ən varlı 9-cu şirkət olacaqdı. Sizcə, bu şirkət hansıdır?

Rusiyanın nəhəng təbii qaz istehsalçısı "Gazprom" inanılmaz bir balans açıqladı. Dünən açıqlanan 2010-cu il nəticələrinə görə, Rusiyanın "Gazprom" şirkətinin gəliri 3.6 trilyon rubl - yəni 117,2 milyard dollardır. 2009-cu ildə isə onun bank hesabı 94.7 milyard dollar artmışdı. Ötən il 117.2 milyard dollarlıq gəliri ilə "Gazprom" Amerikada 9-culuğa layiq görülmüşdü.

118 milyard dollarlıq gəliri olan "Ford Motor"u izləyən rus şirkətinin geridə qoyduqları arasında kimlər yoxdur ki! "Microsoft", "GM", "Boeing"... Bu gəlirlə "Gazprom" "Apple"ın az qala 3, "Microsoft"un isə 2 qatındadır.


Bu, hələ üzdə olan rəqəmlərdir. "Qara mühasibatı" nəzərə alsaq, nəticələr daha da yüksələr...


Günel Həbib


O.M.