Dünya Bankı Azərbaycana 80 milyon dollar kredit ayırıb

Dünya Bankı Azərbaycana 80 milyon dollar kredit ayırıb

27 Aprel 2011 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya Bankı Azərbaycanda irriqasiya sisteminin idarə edilməsinə 80 milyon dollar kredit ayırıb. Ayrılmış məbləğ əsasən ölkədəki su istifadəçiləri assosiasiyalarının inkişafına sərf olunacaq.


Qeyd edək ki, layihənin ümumi dəyəri 114,3 milyon dollardır. Ümumi məbləğin qalan 34,3 milyon dolları Azərbaycan hökumətinə aid olacaq.


Layihə Azərbaycanda 760 min kiçik fermer təsərrüfatının yerləşdiyi 900 min hektar ərazini əhatə edəcək. Həmçinin uzunluğu 3 min kilometr olan drenaj və irriqasiya kanallarının yenidən qurulması da nəzərdə tutulub.


Kaş ki, məmurlar nəzərdə tutduğu yox, Dünya Bankı nəzərdə tutduğu layihə həyata keçsin...


Elvin Babayev


O.M.