Çinlilər azalacaq

Çinlilər azalacaq

27 Aprel 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)
Ailə planlaması prinsipi qüvvədə qaldı


Çinin dövlət başçısı Hu Cintao mövcud ailə planlaması siyasətini davam etdirəcəklərini və doğum nisbətini aşağı tutacaqlarını ifadə etdi.


Prezident Çin əhalisində kişi sayının qadınlardan çox olması probleminə toxunaraq, bu məsələnin aradan qaldırılması üçün səylərin artırılmasını istədi. İctimai təhlükəsizlik sisteminin inkişaf etdirilməsinin və yaşlı əhaliyə qayğının vacib olduğunu vurğulayan Hu təbii fəlakətlərdən zərər çəkən əhaliyə daha çox diqqət göstərəcəklərini vurğuladı.


Futuroloqların fikrincə, bu tendensiya davam edərsə, yaxın 50 il ərzində çinlilərin sayı 1.9 milyarddan 1 milyardadək azalacaq.


Bazarda saxta Çin malı artdıqca çinlilərin də sayı durmadan artır...


Günel Həbib


O.M.