Deputatın oğlu Londondakı şirkəti qapadıb, 5 bahalı mənzili satışa çıxarıb - Nə baş verir?

Deputatın oğlu Londondakı şirkəti qapadıb, 5 bahalı mənzili satışa çıxarıb - Nə baş verir?

6 Dekabr 2021 09:03
166
Bəyəndim (0) Bəyənmədim (0)

Deputatın oğlu Londondakı şirkəti qapadıb, 5 bahalı mənzili satışa çıxarıb

Oxuməni.az yenigündəm.az-a istinadən xəbər verir ki, jurnalist Cavanşir Həsənli özünün “Feysbuk” səhifəsində Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlamasından yazıb:

“Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb.

Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti – GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.

Mənə çatan məlumata görə, “profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”

Xatırladaq ki, bu günlərdə digər deputat Cavanşir Feyziyevin Britaniyadakı 27 milyon dollarlıq biznes layihəsi ciddi araşdırma mövzusu olub. Həttəa Britaniyanın həmin vəsaitə sanksiya qoyacağı da gələn xəbərlər arasında olub. Görəsən, Ü.Quliyevi bu məqam narahat etməyib ki?