Ermənistan tərəfindən Rusiyaya arxadan vurulan zərbə: Soçidən sonra yenə də Brüssel görüşü...

Ermənistan tərəfindən Rusiyaya arxadan vurulan zərbə: Soçidən sonra yenə də Brüssel görüşü...

24 Noyabr 2021 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşünün nəticələrindən asılı olmayaraq Paşinyan dekabr ayının 15-də Brüsseldə yenidən bu dəfə Avropa İttifaqının iştirakı ilə Azərbaycanla danışıqlar masası arxasında oturmaq niyyətindədir.

Oxuməni.az xəbər verir ki, bu barədə ötən gün Nikol Paşinyan jurnalistlər üçün keçirilən onlayn mətbuat konfransında bildirib.

Qeyd edək ki, dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərləri - Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Brüsseldə bir araya gələcək. Görüşün təşkilatçısı Avropa Birliyidir. Doğrudur, yüksək səviyyəli təmas təşkilatın “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin sammiti çərçivəsində reallaşacaq,

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin 10 noyabr kapitulyasiya aktının birinci ildönümünə yeni üçtərəfli görüşün təşkilinə təşəbbüs göstərsə də, artıq məlumdur ki, Paşinyan təşəbbüsü, faktiki, boykot və sabotaj etmişdi. Ardınca Azərbaycanla sərhəddə “bir günlük müharibə”yə rəvac verməklə İrəvan vəziyyəti daha da qəlizləşdirdi, situasiyanı təzədən “beynəlmiləlləşdirməyə” çalışdı. Maraqlıdır ki, bundan bir neçə gün sonra Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ildə Brüssel görüşü ilə bağlı razılıq əldə olundu.

*****

Moskvada üçtərəfli görüş başa çatıb -YENİLƏNİB - VİDEO

Başqa sözlə, birmüddət öncə Putinin üçtərəfli görüş təklifini rədd edən Paşinyan Avropadan gələn analoji təklifə məmnuniyyətlə “hə” dedi. Əlbəttə ki, belə gedişat Kremlin ürəyincə ola bilməzdi. Çünki Rusiya regionda, “Qarabağ məsələsi”ndə Türkiyə xaric, əlavə qlobal oyunçunun peyda olmasınıb yumşaq desək, arzulamır. Öz geosiyasi üstünlüklərini başqa güclə bölüşmək istəmir.

Həftəsonu Kreml başçısının Ermənistan baş nazirinə telefon zəngi eləməsi bu xüsusda daha çox diqqətçəkən ikinci olay sayıla bilər. Halbuki onların arasında ondan cəmi bir neçə gün əvvəl, sərhəd olayları ilə bağlı telefon danışığı olmuşdu - Paşinyanın xahişi ilə (Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirilir ki, son danışıq zamanı Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər, üstəgəl, Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə Kreml sahibinə minnətdarlıq edib).

Putinin İlham Əliyevə də deyil, yalnız Paşinyana zəng eləməsi, yaxud məhz Paşinyanla danışması göstərir ki, Rusiya prezidenti məhz “sorosçu” baş nazirdən narazı idi. Yaxud ən azından ondan şübhələnirdi. Bəzi siyasi şərhçilərə görə, Moskva 15 dekabra - Brüssel görüşünədək üçtərəfli görüşün keçirilməsinə çalışacaq idi və buna nail olmaq üzrədir. Lakin hətta buna buna nail olmasaydı belə, Putin son zəngdə Nikol Paşinyana rusların nəzarətindən kənara çıxmağın ona baha başa gələcəyini “anlatmışdı”.

Türkiyə Rusıya qazının idxalını kəskin artırıb

Kremlin İrəvana təzyiq rıçaqları isə N qədərdir. Təkcə yaxınlaşan soyuq qışı və Rusiya qazının qiymətini yada salmaq kifayətdir. Biz hələ Qarabağda faktiki girov durumda qalan bir ovuc erməninin taleyini demirik...

*****

Əslində Rusiyanın moderatorluğu olmadan Azərbaycanla Ermənistan arasında ən yüksək səviyyədə dialoqa yönəlik cəhdlər milli maraqlarımızla uzlaşırdı. Ən azı, “yumurtaları müxtəlif səbətlərə qoymaq”la onları maksimum qorumaq anlamında. Aydındır ki, Rusiya vasitəçiliyi ilk növbədə öz maraqları naminə edir. Elə Qərbin aparıcı paytaxtları da.

Bizə isə tezliklə bölgədə qalıcı sülhün bərqərar olması lazımdır ki, bu da Ermənistanla sülh müqaviləsi imzalamaqdan, sərhədlərin delimatasiyası və demarkasiyasından keçir. Azərbaycan üçün Ermənistanı kimin yola gətirəcəyi prinsipcə önəmli deyil. Bakı Brüssel görüşünə şəkk-şübhəsiz bu prizmadan baxır.

ATƏT-in Minsk Qrupu Həmsədrlərinin Bəyanatı - Azərbaycanda ABŞ səfirliyi

Di gəl, necə ki, rəsmi Moskva ara-sıra ATƏT-in Minsk Qrupu həmsədrlərini oyuna qoşmağa çalışmaqla Bakıya əlavə təzyiq rıçaqının olduğunu xatırladır və münaqişənin yekun sülh müqaviləsi ilə bitməsinə həvəs göstərmir, Bakı da Brüssel görüşünə razılıq verməklə Kremlı anlatdı ki, əgər Azərbaycan və Ermənistan arasında ədalətli sülhün bərqərar olmasında Rusiya yetərli səylər göstərməzsə, tələsməzsə və sırf Qarabağda öz hərbi mövcudluğunu davamlı eləmək barədə düşünərsə, o zaman “qapı dalında” qala bilər. Bu mənada Paşinyanın Putinə qarşı demarşı yəqin ki, cavabsız qalmayacaq, ancaq Moskva da “süddən çıxan ağ qaşıq” deyil...

Yəni Rusiya artıq ölkəmizdə öz sülhməramlı kontingentini yerləşdirib deyə, hər şeyin bitdiyini xəyal eləməməli, özünə arxayınlaşmamaldır. Daha dəqiqi, Bakının Brüssel görüşünə razılığı Moskvaya siqnal idi ki, o, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il sənədlərində altına imza atdığı vədlərin nəhayət, reallaşdırmasını sürətləndirsin. Cızığından çıxmağa çalışan satellit Ermənistana və onun rəhbərliyinə öz yerini göstərsin. Vaxt azalır. Ancaq hətta dekabrın 15-dək də nə(lər)sə eləmək olar. Yetər ki, siyasi iradə olsun.

Ermənistana gəlincə, əgər onun rəhbərliyi, konkret olaraq, “iki stul”da oturmağı sevən Paşinyan Brüssel görüşündən də süni şəkildə vaxt udmaq və Bakıya qarşı hansısa əsassız iddia irəli sürmək, o cümlədən vaxtaşırı “status” məsələsini bizə xatırladan Qərbin əli ilə bu məsələni gündəmə qaytarmağa çalışacaqsa, ciddi şəkildə yanılır. Belə siyasi hoqqabazlığın bədəli rəsmi İrəvan üçün “bir günlük müharibə”nin nəticələrindən də ağır ola bilər...Musavat.com