Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilmir

6 İyul 2012 13:21
716
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21, gündüz 27-32 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-13, gündüz 19-24 dərəcə isti olacaq.
Yaxın günlərdə hava şəraitinin gündüz saatlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Şimal küləyi üstünlük təşkil edəcək, arabir güclənəcək.

O.M.