Azərbaycan  prezidenti “Akkord” şirkətinin əməkdaşlarını mükafatlandırdı

Azərbaycan prezidenti “Akkord” şirkətinin əməkdaşlarını mükafatlandırdı

6 İyul 2012 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkə prezidenti İlham Əliyevin "İnşaatçılar Günü" münasibətilə imzaladığı sərəncamla fəxri ad və mükafatlara layiq görülmüş inşaatçıların qəbul mərasimi keçirilib.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə respublikanın inşaat-tikinti sektorunun liderlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin müvafiq sərəncamla mükafatlandırılmış nümayəndələri - İsmayılov Aslan Çopur oğlu və Orucov Rəhman Əli oğlu da iştirak edib.
Prezidentin sərəncamına uyğun olaraq korporasiyanın İnfrastruktur Tikintisi Departamentinin körpü-tunel tikintisi üzrə direktoru Aslan İsmayılova "Əməkdar mühəndis" fəxri adının medalı və vəsiqəsi, həmin departamentin Texniki Şöbəsinin rəisi Rəhman Orucova isə "Tərəqqi" medalı və vəsiqəsi təqdim edilib. "Akkord" Korporasiyasının rəhbər və işçi kollektivi bu əlamətdar hadisə münasibətilə təşkil edilən korporativ tədbirdə həmkarlarını təbrik edərək, onlara xatirə hədiyyələri təqdim ediblər.

O.M.