Neftin qiyməti 100 dollara qalxacaqmı? - Ələkbərov

Neftin qiyməti 100 dollara qalxacaqmı? - Ələkbərov

15 Noyabr 2021 21:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir.

Oxuməni.az xəbər verir ki, bu fikri o, “ADIPEC-2021” Beynəlxalq Neft-Qaz Sərgisində çıxışı zamanı bildirib. V.Ələkbərov qeyd edib ki, “Lukoyl” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb və əlavə edib ki, COVİD-19 ilə bağlı qeyri-müəyyən vəziyyət və məhdudiyyətlərə görə qiymət dəyişə bilər.

“Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və “OPEK+” təşkilatının məqsədi ilk növbədə, tələbatı təmin etməkdir. Buna görə də neftin qiymətinin kəskin qaldırılması “OPEK+” ölkələrinin strateji məqsədlərinə daxil deyil”, - V.Ələkbərov qeyd edib.