Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi 200 manata qaldırılır

Azərbaycanda gələn il üçün ehtiyac meyarının həddi 200 manata qaldırılır

27 Oktyabr 2021 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.