Gələn il Azərbaycanın hərbi və təhlükəsizlik xərcləri 4.5 milyard manat olacaq

Gələn il Azərbaycanın hərbi və təhlükəsizlik xərcləri 4.5 milyard manat olacaq

27 Oktyabr 2021 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsinə əsasən ölkənin hərbi və təhlükəsizlik sahəsinə xərcləyəcəyi vəsaitin həcmi 4.5 milyard manata yaxın olacaq.

Oxuməni.az xəbər verir ki, bu xərclərdən müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Büdcə layihəsinə əsasən ölkənin gələn il üçün səhiyyə xərcləri 1 milyard 788 milyon 619 min 634 manat olacaq. Həmin xərclərin 1 milyon 664 min 544 manatı poliklinikalar və ambulatoriyalara, 171 milyon 143 min 669 manatı xəstəxanalara, 2 milyon 588 min 726 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 613 milyon 222 min 695 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Təhsil sahəsinə isə 3 milyard 884 milyon 325 min 660 manat vəsait nəzərdə tutulur. Bu məbləğin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3 milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 015 min 701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği 3 milyard 565 milyon 794 min 062 manat olacaq. Bunlardan 310 milyon 043 min 606 manat sosial müdafiəyə, 5 milyon 243 min 653 manat sosial təminata, 50 min manat sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlara, 3 milyard 250 milyon 456 min 803 manat sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə xərclənəcək.