Qarabağda quruculuq işləri: Bura Azərbaycanın Parisi olacaq

Qarabağda quruculuq işləri: Bura Azərbaycanın Parisi olacaq

23 Oktyabr 2021 19:57
Bəyəndim (1) Bəyənmədim (0)

Azərbaycan və Türkiyə işğaldan azad edilən Zəngilanda aqrar sahə üzrə birgə işlərə başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, bölgə ilə bağlı bütün layihələrdə Azərbaycana dəstək verən Türkiyə aqrar sahənin inkişafı üçün də köməkliyini əsirgəməyəcək.

Bu çərçivədə türk şirkətlərinin qatqısı ilə Zəngilanda müasir texnologiyalarla təchiz edilən kənd təsərrüfatı işlərinin aparılacağı park salınır.

Yaradılacaq aqroparkda əkin sahələri, istixanalar, mal-qara ferması, kəsimxana, yem zavodu və meyvə bağları fəaliyyət göstərəcək.

İşçilər üçün yaşayış və istirahət yerlərinin tikildiyi parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə, meşə sahəsi və məscid tikilməsi də planlaşdırılır.

Bundan başqa, tullantıların enerjiyə çevriləcəyi biokütlə qazlaşdırma qurğusu və damlara quraşdırılacaq günəş panelləri ilə parkın elektrik enerjisinə olan tələbatının bir hissəsi ödəniləcək.

Parkda bütün işlər türk və azərbaycanlı mühəndislər, həmçinin digər işçilər tərəfindən həyata keçirilir.

Məsələ ilə bağlı danışan parkın tikintisindən məsul layihə rəhbəri Yasin Yavuz bildirib ki, 1-2 ildən sonra ərazi tamamilə dəyişəcək:

“Bura “Azərbaycanın Parisi” olacaq”.