Qarabağda yeni iş yerləri: maaş niyə azdır?

Qarabağda yeni iş yerləri: maaş niyə azdır?

23 Oktyabr 2021 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

İnfrastruktur və logistik işlərin aparılması ilə bağlı işğaldan azad edilən ərazilərimizdə artıq özəl sektorda da iş yerləri yaradılıb.

Oxuməni.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov işğaldan azad edilən ərazilərdəki iş yerləri elanında maaşın az olması haqda müzakirələrə münasibət bildirərkən deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həm dövlət, həm də özəl sektorda iş yerlərinin yaradılması nəzərdə tutulur:

“Füzuli Beynəlxalq Hava Limanın inşaatında 500-dən artıq Azərbaycan vətəndaşı çalışır. Hava limanı istifadəyə verildikdən sonra oradakı iş yerlərində işğaldan azad olunmuş ərazilərin sakinləri işləyəcəklər və onlar heç də az maaş almır.

O ki qaldı işğaldan azad edilmiş ərazilərimizdə maaşların daha yüksək olmasının vacibliyi ilə bağlı qənaətlərə, dövlət sektorundakı əmək haqqı tarif cədvəlinə uyğun müəyyənləşib, o baxımdan burdakı əmək haqları respublikamızın digər bölgələrindəki vəzifə maaşlarına uyğundur.

Lakin özəl sektorda çalşanlar daha yüksək əmək haqqı almaq imkanına malikdir. Bizim monitorinqlər də göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə özəl sektorda çalışmaq istəyənlərin sayı qat-qat çoxdur, bu da birbaşa təminatın və əmək haqqının yüksək olması ilə əlaqədardır”. Oxuməni.az