İyul ayına Azərbaycanda gözlənilən hava şəraiti

İyul ayına Azərbaycanda gözlənilən hava şəraiti

4 İyul 2012 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların Respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda normaya yaxın, bəzi rayonlarında isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 21-26, gündüzlər 30-35 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 37-40 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 17-22, gündüzlər 31-36 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 38-42 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 12-17, gündüzlər 23-28 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 31-36 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 36-73 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 18-23, gündüzlər 29-34 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 37-41 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 15-20, gündüzlər 27-32 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 34-38 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 20-25, gündüzlər 31-36 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 39-42 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 19-24, gündüzlər 28-33 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

O.M.