Azərbaycan ərazisində yaxın günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilmir

Azərbaycan ərazisində yaxın günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilmir

3 İyul 2012 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 04-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

O.M.