“AvroVAZ” Lada maşınlarının qiymətini 7,3% bahalaşdırdı

“AvroVAZ” Lada maşınlarının qiymətini 7,3% bahalaşdırdı

2 İyul 2012 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

"AvroVAZ" şirkəti qiymət siyasətinə yenidən baxmaq qərarına gəlib. Daha doğrusu, istehsal etdiyi avtomobillərin qiymətini artırmaq barədə qərar verib. Belə ki, Lada Granta modelinin baza qiyməti 7,3% artırılaraq 259 min rubla çatdırılacaq. İnterfax-ın şirkətin mətbuat xidmətinə istinadən yaydığı məlumatda bildirilir ki, AvtoVAZ brendli avtomobillərə tələbatın artması ilə əlaqədar olaraq bəzi işbazlar süni surətdə maşınların qiymətini artırıblar. Onlar həmin avtomobillərə lazımsız, bahalı əlavə hissələr quraşdırmaqla alıcıları aldadırlar. Sonuncu qiymət artımı da istehsalçı, diler və istehlakçı arasındakı qiymət fərqinin azalmasına xidmət edir."

Qeyd edək ki, "AvroVAZ" Lada markalı digər avtomobillərinin qiymətini də təxminən 2% qaldırıb. Belə ki, Lada Priora-nın qiyməti 0,5%, Lada Samara 0,7%, Lada Kalina 2,1%, Lada 4х4 2,2%, üçqapılı və beşqapılı Lada 4х4 2,7% bahalaşıb.

O.M.