Qafan yolundakı postumuzda nələr quraşdırılıb?

Qafan yolundakı postumuzda nələr quraşdırılıb?

14 Sentyabr 09:24
112
Bəyəndim (0) Bəyənmədim (0)

Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postunun təminatı haqda ermənilər paylaşım edib.

Oxuməni.az xəbər verir ki, erməni ombudsman Arman Tatoyan postun 9 sentyabrda qurulduğu, 11 sentyabrdan fəaliyyətə başladığını qeyd edib.

Bildirilib ki, postda 10 videokamera quraşdırılıb. Bu kameralar maşınların nömrələrini qeydə alır və Azərbaycan ərazisinə kimlərin girib-çıxdığını dəqiq müəyyən edir.

Postda daimi olaraq polislərlə bərabər, tam silahlanmış və maskalanmış 4 əsgər xidmətdə olur.

Postda sürət həddini keçməyə, kəmər taxmamağa və s. səbəblərə görə xüsusilə əcnəbi sürücülər saxlanılır. Bu isə o deməkdir ki, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan yol-nəqliyyat qaydalarına əməl edilməsi tələb edilir.

Həmçinin postda müxtəlif gömrük və vergi rüsumlarının tətbiq edildiyi də bildirilir.

İddiaya görə, şübhəli yük daşıyan İran maşınlarının hərəkəti tam yoxlanılana qədər dayandırılır.