Bu bitki "bəşəriyyətin gələcək xilaskarı" adlandırılır : Azərbaycanda ilk dəfə yetişdirilir - Video

Bu bitki "bəşəriyyətin gələcək xilaskarı" adlandırılır : Azərbaycanda ilk dəfə yetişdirilir - Video

10 Sentyabr 06:21
364
Bəyəndim (1) Bəyənmədim (0)

Bu bitki bəşəriyyətin gələcək xilaskarı" adlandırılıb. NASA tərəfindən isə 2013-cü il dünya "kinoa ili" elan olunub. Cənubi Amerikada bitən, daun sindromu, xərçəng kimi xəstəliklərə qarşı çox faydalı hesab olunan bitki-kinoa artıq ölkəmizdə də yetişdirilir. Onun həm də yüksək arıqladıcı xüsusiyyəti var

Oxuməni.az xəbər verir ki, bitki Qanda şəkərin səviyyəsini aşağı salır, ürək-damar sisteminə də sonsuz faydaları var. Söhbət Cənubi Amerikada bitən "kinoa" dan gedir. Artıq onu ölkəmizdə də tapmaq mümkündür. Toxumu Türkiyədən gətirilən bitki bu il respublikamızda da 4 hektar ərazidə əkilib. Mütəxəssis Sevil Abbasquliyeva deyir ki, 18%-ə qədər protein, amin turşuları və minerallar ilə zəngin olan kinoa həm də yüksək arıqladıcı xüsusiyyətə malikdir.

Kosmonavtların qidasının əsasını təşkil edən bu bitkinin müxtəlif növlərindən Fransa, Almaniya, Portuqaliya, Çexslovakiya, Cənubi Amerika, xüsusilə, Türkiyədə çox geniş istifadə olunur.

Əkinçilik elmi tədqiqat institunun direktoru Faiq Xudayev bildirdi ki, yüksək qida dəyəri olan, həmçinin, asan həzm olunan kinoa çörəyi qısa zamanda ölkəmizdə də hazırlanacaq.

Hazırda bitkinin 3-ağ, qara və qəhvəyi növləri Saatlı, Tərtər , Beyləqan rayonlarında və Abşeronda əkilib. Bu növlər qurudulduqdan sonra qabığı soyulur və ondan istifadə olunur. Faiq Xudiyev bildirdi ki, gələcəkdə bitkinin yeni sortları yaradılacaq ki, həm dağlıq və dağatəyi, həm də aran bölgələrindən olan fermerlər rahatlıqla yararlana bilsinlər. Qeyd edək ki, sözügedən bitkinin özü ilə yanaşı, kökü də faydalıdır. Ondan heyvandarlıqda yem kimi istifadə olunur.