ABŞ dövrünün bitəcəyi tarix açıqlanıb

ABŞ dövrünün bitəcəyi tarix açıqlanıb

26 Aprel 2011 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxaql Pul Fondu (İMF) bu günlərdə bomba partlatdı. Dünyada ilk dəfə bir quruluş ABŞ hökmranlığının bitəcəyini açıqladı. Və bu tarix təxmin ediləndən də çox yaxındır...

İMF-nin sonuncu hesablamalarına görə, Çin iqtisadiyyatı 2016 - cı ildə, yəni bundan 5 il sonra Amerikanı xeyli geridə qoyacaq. Son günlərdə "yeni dünyanın" büdcəsi barədə aparılan danışıqlar "sayəsində" demək olar ki, dolların və xəzinə istiqrazlarının başı üstə qara buludlar dolanmaqdadır. Ehtimallara görə, gələn il Amerika üçün seçilən başçı - Obama və ya Mit Romney ən güclü iqtisadiyyata malik ölkənin son lideri olacaq. Ancaq ABŞ xalqı bu həqiqətlə üzləşməyə hələ ki hazır deyil. Hətta tarixin bu qədər yaxın olduğundan belə xəbərsizdirlər. Yerli mütəxəssislərə soruşulduqda isə bunun 10 illər sonra reallaşacağını dilə gətirirlər. Hətta ən yaxın tarix daha əvvəl 2020-ci ilə kimi göstərilmişdi.

Çin iqtisadiyyatının böyüklüyü 2011-dəki 11.2 trilyonluq səviyyədən 2016-da 19 trilyona kimi qalxacaq. Eyni müddətdə ABŞ iqtisadiyyatının böyüklüyü 15.2 trilyon dollardan, 18.8 trilyona yüksələcək. Sonuncunun qlobal iqtisadi böyüməyə 17.7 % yardımı olarkən, Çinin çiyinlərinə 18 % düşəcək və sonrakı illərdə daha da artacaq.

Göründüyü kimi, Çin təkcə saxta mallar istehsal etmir.

Günel Həbib

O.M.