Polad Bülbüloğlu İlham Əliyevdən sitat gətirdiyi üçün təqib olunan imam köməkçisinin işini nəzarətə götürdü

Polad Bülbüloğlu İlham Əliyevdən sitat gətirdiyi üçün təqib olunan imam köməkçisinin işini nəzarətə götürdü

3 Avqust 2021 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu prezident İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından sitat gətirdiyi üçün təqib olunan imam köməkçisi Rinat Yaminiyevin işini nəzarətə götürüb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, “Novaya qazeta” Çelyabinsk şəhərindəki cümə məscidinin imamının köməkçisi olan Yaminiyevin haqlarının kobud şəkildə pozulması, onun məhkəmə qaydasında cəzalandırılması haqda yazmışdı. Buna səbəb imam köməkçisinin prezident İlham Əliyevin Ağdama səfəri zamanı ermənilərin işğal dövründə donuz saxladıqları Ağdam məscidi barədə çıxışından sitat gətirməsidir. İkinci cəza isə Yaminiyevin Fransada müsəlmanların təqib edilməsinə görə Ərdoğanın prezident Makronu qınayan çıxışından sitat gətirməsinə görə verilib. Çelyabinsk məhkəməsi Yaminiyevi nifrət yaradan çıxışlarda günahlandıraraq 10 min rubl cərimələyib.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bu faktla bağlı dərin narahatlıq ifadə edib və virtualaz.org-a açıqlamasında deyib ki, Rusiya müsəlmanlarının mərkəzi Dini İdarəsinin Çelyabinsk və Kurqan vilayətləri üzrə regional idarəsinin sədri, baş müfti Rinat Rayevə müraciət edəcək.

Azərbaycanın Rusiyadakı səfirliyi isə R.Yaminiyevə effektiv hüquqi yardım göstərilməsi üçün zəruri tədbirlər görür. “Səfir Polad Bülbüloğlu bu məsələni şəxsi nəzarətinə götürüb. R.Yaminiyevin hüquqlarının müdafiəsi üçün bütün zəruri tədbirlər görülür. Bizə Çelyabinskdəki azərbaycanlılar diasporunun nümayəndələrindən də narahatlıq dolu müraciətlər daxil olur”,-səfirlikdən bildiriblər.

Bundan əvvəl “Novaya qazeta” səfir Polad Bülbüloğlunun Çelyabinsk vilayətinin vitse-qubernatoru Anatoli Vekşinlə danışdığını xəbər vermişdi